Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:26
  • Yaradılıb 29.03.2018 17:25

“Azercell” Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi”

 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi – 2009 cu ildə Azercell tərəfindən təsis edilmişdir, Azərbaycanın ilk startap biznes inkubatorudur. Əsas məqsədi startap ekosisteminin və rəqəmsal sahibkarlığın inkişafıdır. Hal hazırda 5 nöqtədə fiziki ofisi var.(Əsas Ofis, Bakı BDU, Baku ABC School, Gəncə ATU, Lənkəran LDU),  İl ərzində 40 dan çox tədbir və yarışmalar təşkil edir. İndiyə qədər 2000 dən çox muraciət edilib, 200-ə yaxın startap inkubasiya prosesində iştirak etmişdir. Hal hazırda 16 startap inkubasiya prosesi keçir.

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi Azercell, Pashabank, eləcə də, EY tərəfindən dəstəklənən bu mərkəz Azərbaycanda rəqəmsal ekosistemin inkişafını hədəfləyir, korporativ sosial məsuliyyət öhdəliklərininn bir neçəsini öz öhdəsinə götürüb. Hər 6 aydan bir startaplar üzrə çağırış elan edilir və bu dövr ərzində daxil olan muraciətlərin daxili komissiya tərəfindən qiymətləndirilməsi aparılır. İlkin qiymətləndirmədən sonra startaplar ilə görüş baş verir və uğur potensialı göründüyü zaman onlar ilə muqavilə bağlanıb mərkəzin rezidentinə çevrilirlər. İnkubasiya proqramı 18 aydır. Əlavə olaraq 6 ay uzadıla bilər.

Qəbul olunan Startaplar üçün dəstək növləri

Muasir ofis şəraiti, masa, komputer, mobil danışıq limiti, mentorluq dəstəyi, beynəlxalq və ölkədaxili yarışlarda iştirak, onların PR edilməsi, İnvestorlar görüşlər, Ölkədaxili və Xarici investorlarla görüşlər zamanı müxtəlif dəstəklər.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar

Rəqəmsal elementin olması və startap olması, İdeya İnnovativliyi, Bazar potensialı, Komanda / Kompetensiyalar

Ilkin dəyərləndirmə, intervyu və muqavilə

Sektor seçimi yoxdur. Əsas odur ki, rəqəmsal elementi olsun.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı

İmran Bağırov – 0502210421

imran@azercell.com

imran@baghirov.com 

Fidan Tofidi – 0502210161

Ccqfidan@azercell.com

 

← Geriyə