Xəbərlər

  • Yenilənib 26.10.2020 21:03
  • Yaradılıb 22.10.2020 12:00

Azərbaycanlı sahibkarlar "İlin adamı" mükafatı ilə təltif olunublar

 

Rusiyanın Ticarət və Sənaye Palatasının Konqres Mərkəzində "İlin adamları" II biznes mükafatı qaliblərinin təqdimat mərasimi keçirilib.

"Russian Business Guide” beynəlxalq jurnalının təşəbbüsü ilə təşkil edilən tədbirdə Rusiya və Avropa şirkətlərinin rəhbərləri, regional biznesin inkişafı institutlarının, Rusiya ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev çıxış edərək Azərbaycan-Rusiya iqtisadi əlaqələri barədə məlumat verib, Rusiyanın Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşlarından olduğunu diqqətə çatdırıb.

“Rusiya-Azərbaycan işgüzar əlaqələri” nominasiyasında Azərbaycan Beynəlxalq Bankı – Moskva”, “Krokus Qrup” şirkətinə aid “Tvoy Dom” hipermarketlər şəbəkəsi, “Savalan ASPİ Winery” şirkəti və “Safari” Ov Klubunun rəhbəri Faiq Babanlı qalib elan ediliblər. "Sağlam nəsil üçün biznes" nominasiyasında isə “Centr-Estet” şirkətinin rəhbəri Sabit Əliyev qalib olub.

Ümumilikdə, 29 nominasiya üzrə 60 qalibə mükafatlar verilib.

Qeyd edək ki, Russian Business Guide” beynəlxalq jurnalı 2006-cı ildən rus və ingilis dillərində Rusiyanın Ticarət və Sənaye Palatasının dəstəyi ilə “Business-dialoq Media” informasiya-kommunikasiya qrupu tərəfindən nəşr edilir.

← Geriyə