Xəbərlər

  • Yenilənib 08.06.2020 10:26
  • Yaradılıb 22.10.2019 12:00

Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsinin 2019-cu ilin III rübü üzrə fəaliyyəti

 

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyində ticarət nümayəndəsinin Aparatı Birləşmiş Ərəb Əmirlikləri və Körfəz ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqi, ölkəmizin qeyri-neft ixracının artırılması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, 2019-cu ilin 17-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “INDEX-Middle East Design and Hospitality Week” adlı interyer dizayn, mebel, avadanlıqların nümayişi və satışı sərgisi keçirilib. Müxtəlif ölkələrdən 1000-dən çox şirkətin iştirak etdiyi sərgidə Azərbaycanın “Chelebi Furniture and Decor” şirkətinin iştirakı təmin edilib. Bundan başqa, şirkətin məhsulları Dubayda fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”ndə yerləşdirilib, məhsulların topdan və pərakəndə satışı istiqamətində işlərə başlanılıb.

Ticarət nümayəndəsi Aparatının əməkdaşları 2019-cu ilin 25-27 sentyabr tarixlərində investisiya və daşınmaz əmlak layihələrinə həsr edilmiş “CityScape” sərgisində iştirak edib və hazırda 2020-ci ildə keçiriləcək “Cityscape” sərgisində Azərbaycan şirkətlərinin iştirak imkanları barədə araşdırmalar davam etdirilir.

29 oktyabr tarixindən Dubay şəhərində açılacaq “Global Village” Sərgisində Azərbaycan pavilyonunun və “Azərbaycan irsi” guşəsinin yaradılması razılaşdırılıb.

BƏƏ-nin hipermarket şəbəkələri ilə Azərbaycan məhsullarının satışının təşkili istiqamətində danışıqlar davam etdirilir.

 

 

 

← Geriyə