Xəbərlər

  • Yenilənib 02.09.2020 16:38
  • Yaradılıb 02.09.2020 16:05

Azərbaycan təmsilçisi 2-ci Çin Beynəlxalq Biznes Mühiti Forumunda iştirak edib

 

Çinin nüfuzlu “Global Times” qəzetinin təşkilatçılığı ilə 2-ci Çin Beynəlxalq Biznes Mühiti Forumu keçirilib. Forum çərçivəsində təşkil edilən “Beynəlxalq biznes mühiti” mövzusunda panel müzakirələrdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu da iştirak edib. Panel müzakirələrdə çıxış edən Teymur Nadiroğlu Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi islahatlar, əlverişli biznes və investisya mühiti barədə məlumat verib, Çin şirkətlərini azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

← Geriyə