Xəbərlər

  • Yaradılıb 12.10.2018 16:24
  • Yenilənib 12.10.2018 16:25
  • Nəşr edilib 12.10.2018 16:25

Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək

 

Oktyabrın 12-də Bakı Biznes Mərkəzində İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə bu ilin noyabr ayında  Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi” və “Prowine China” beynəlxalq şərab sərgisində iştirak edəcək şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb.

İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov “Made in Azerbaijan” brendinin xarci ölkələrdə təşviqi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, yerli məhsulların xarici bazarlarda tanıdılması və ixracının artırılması məqsədilə xarici ölkələrdə təşkil olunan sərgi və digər tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan istehsalı olan məhsullar xarici bazarlarda, xüsusilə Çin bazarında böyük maraqla qarşılanır. Məhz bu səbəbdən yerli məhsulların Çində təşkil edilən sərgilərdə təqdim olunması əhəmiyyətlidir.

Tədbirdə Şanxayda keçiriləcək “Çin Beynəlxalq İdxal Sərgisi”ndə və “Prowine China” sərgisində yerli məhsulların nümayiş olunacağı “Made in Azerbaijan” vahid ölkə stendlərinə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib.

← Geriyə