Xəbərlər

  • Yenilənib 16.09.2020 13:56
  • Yaradılıb 15.09.2020 16:00

Azərbaycan şirkətləri Beynəlxalq Sərgidə

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çin Xalq Respublikasındakı Ticarət Nümayəndəsi Aparatının təşkilatçılığı ilə Azərbaycan şirkətləri Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində (China International Fair for Trade in Services - CIFTIS) iştirak edib.

Vahid ölkə stendində Azərbaycanın investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı, sənaye parkları, şirkətlərimizin göstərdiyi xidmətlər nümayiş etdirilib. Sərgi çərçivəsində bir sıra xarici şirkətlərlə işgüzar əlaqələr yaradılıb.

Qeyd edək ki, bu il Çində keçirilən ilk irimiqyaslı beynəlxalq sərgi olan CIFTIS, onlayn və oflayn rejimdə keçirilib. Sərgidə 18 minə yaxın yerli və xarici şirkət öz xidmətlərini nümayiş etdirib.

← Geriyə