Xəbərlər

  • Yaradılıb 19.03.2019 16:32
  • Yenilənib 03.04.2019 14:48
  • Nəşr edilib 19.03.2019 16:00

Azərbaycan şərabları “Prowein 2019” beynəlxalq sərgisində

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi  Fondunun (AZPROMO) təşkilatçılığı ilə şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan 10 Azərbaycan şirkəti öz məhsullarını Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “Prowein 2019” beynəlxalq sərgisində "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edir.

Azərbaycan şərabları sərgiyə gələnlər və idxalatçı şirkətlər tərəfindən  maraqla qarşılanır, ixraca dair müzakirələr aparılır.

Aparılan müzakirələrin nəticəsi olaraq, artıq “Abşeron Şərab” şirkəti öz məhsullarının Almaniyaya ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Naiqin Ko-Tovuz Baltiya” və “Aspi Aqro” şirkətləri istehsal etdikləri şərabların Almaniya, Fransa və Niderlanda, “Şərq Ulduzu”,  “Aqro-Azərinvest”  şirkətləri isə Norveç, Almaniya və Çinə ixracına dair danışıqlar aparıb.

Sərgi bu gün başa çatır.

 

 

← Geriyə