Xəbərlər

  • Yenilənib 08.06.2020 10:28
  • Yaradılıb 28.11.2019 16:00

Azərbaycan şərabları “Enoexpo” Beynəlxalq Şərab Sərgisində

 

Azərbaycanın Polşadakı Səfirliyində Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Aparatının dəstəyi ilə Azərbaycan şərabları Polşanın Krakov şəhərində keçirilmiş 17-ci “Enoexpo” Beynəlxalq Şərab Sərgisində nümayiş olunub.

Sərginin “Made in Azerbaijan” stendində təqdim edilən konyak və şərablarımız maraqla qarşılanıb.

Qeyd edək ki, “Enoexpo” Polşada təşkil olunan ən böyük beynəlxalq şərab sərgisidir. 10 mindən çox qonağın qatıldığı builki sərgidə 20-ə yaxın ölkənin 350-dək şirkəti öz məhsullarını nümayiş etdirib.

← Geriyə