Xəbərlər

  • Yaradılıb 25.06.2019 17:58
  • Yenilənib 25.06.2019 17:58
  • Nəşr edilib 25.06.2019 17:00

Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək

 

27-29 iyun tarixlərində İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfərə gedəcək.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası, İsveçrə rəsmiləri ilə görüşlər keçiriləcək, biznes forum təşkil ediləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq.

← Geriyə