Xəbərlər

  • Yenilənib 11.10.2021 10:41
  • Yaradılıb 07.10.2021 17:00

Azərbaycan məhsulları “Whisky Live Warsaw” Festivalında

 

Polşanın paytaxtı Varşavada “Whisky Live Warsaw” festivalı keçirilib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Azərbaycan şirkətlərinin istehsal etdiyi spirtli içkilər festivalda “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Festivala Polşa, Slovakiya, ABŞ, Hindistan, Şotlandiya, İngiltərə, İrlandiya, Yaponiya, Meksika və digər ölkələrdən 50-dək istehsalçı şirkət qatılıb.

“Whisky Live Warsaw” festivalında “Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb. Stenddə Azərbaycanın nardan hazırlanmış şərabları, müxtəlif növ meyvə araqları, brendiləri, viskiləri, konyakları nümayiş etdirilib.

Festival çərçivəsində Polşa və digər Avropa ölkələrində spirtli içkilərin satışı ilə məşğul ticarət şəbəkələri ilə Azərbaycan məhsullarının satışına dair danışıqlar aparılıb.

Qeyd edək ki, Azərbaycan şirkətləri bu festivalda artıq üçüncü dəfədir iştirak edir.

← Geriyə