Xəbərlər

  • Yenilənib 27.04.2021 17:52
  • Yaradılıb 27.04.2021 17:25

Azərbaycan məhsulları və investisiya potensialı beynəlxalq sərgidə nümayiş etdirilir

 

Aprelin 26-da Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi başlayıb.

Sərgidə Azərbaycan da vahid ölkə stendi ilə təmsil olunur.

Azərbaycan stendində ölkəmizdə istehsal edilən qida və içki məhsulları nümayiş olunur, Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı təqdim edilir.

Sərgi çərçivəsində keçirilən “Ölkələr təqdimatı” adlı panel iclasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu ölkəmizin biznes və investisiya imkanları barədə təqdimatla çıxış edib.

3 gün davam edən sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti yerli şirkətlərlə ticarət və investisiya əməkdaşlığına dair görüşlər keçirəcək.

Qeyd: Çindao Çinin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, Şandon əyalətinin əsas iqtisadi mərkəzi sayılır.

← Geriyə