Xəbərlər

  • Yenilənib 17.05.2021 13:50
  • Yaradılıb 16.05.2021 18:00

Azərbaycan elektron ticarətlə bağlı Çində keçirilən tədbirdə təmsil olunub

 

Çinin Şaansi əyalətinin Sian şəhərində “2021 İpək Yolu Elektron Ticarət Əməkdaşlığı" mövzusunda Dəyirmi Masa keçirilib.

Ölkəmizi bu tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu təmsil edib.  Çinin Kommersiya Nazirliyi və Şaansi Əyaləti Xalq Hökümətinin birgə təşkilatçılığı ilə keçirilən Dəyirmi Masada Teymur Nadiroğlu çıxış edərək Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının, elektron ticarətin inkişafının ölkə iqtisadiyyatının əsas inkişaf prioritetlərindən biri kimi müəyyən edildiyini vurğulayıb, bu istiqamətdə reallaşdırılan tədbirlər barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılması, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin fəaliyyətə başlaması belə tədbirlərdəndir.

Teymur Nadiroğlu Şaansi əyalətindən olan iş adamlarını Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

← Geriyə