Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:19
  • Yaradılıb 29.03.2018 17:15

Azərbaycan Dövlət İqtisad Universiteti “İnnovativ-Biznes-İnkubator” MMC

 

İnnovativ Biznes-İnkubator Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti  Elmi Şurasının 29 aprel 2014-cü il tarixli qərarı ilə təsis olunmuş və 20 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçmişdir.

İBİ-nin yaradılmasında əsas məqsəd -Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması vəzifəsini yerinə yetirmək, ADİU-nun professor-müəllim heyətini təhsil və elmi-innovativ layihələrə cəlb etməklə onların sosial təminatını yaxşılaşdırımaq, ölkədə gənc menecer və sahibkarlara dəstək göstərmək və startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdir.

Fəaliyyət funksiyaları

Tədris metodiki dəstək,  maddi-texniki dəstək – UNEC- in əsas korpusunda 80 kv.m sahəsi olan biznes inkubatorda startapları ofis və İKT ilə təmin etmək, psixoloji dəstək – biznesin ilkin mərhələsində startapların qarşılaşdığı psixoloji problemlərin, stresin aradan qaldırılması üçün psixoloji təlimlərin təşkili, maliyyə dəstəyi– startap biznesinin reallaşdırması üçün investorların tapılması və ya inkubatorun daxili vəsaitləri hesabına startap layihələrinin maliyyələşdirilməsi.

Startaplara dəstək  proqramı:

İstənilən tələbə öz ideyası ilə hər il keçirilən "Made in Azerbaijan" biznes ideya müabiqəsində iştirak etməklə İBİ startapı ola bilər

İBİ-nin Startapları

Perfect Pictures, UNİWEB, Misker.az, LingvoMondo, Professional Accounting Center, TagWishes, SOSMART, Whatto, Miml, EcoTravel by ENEC, Özünü Sına, Kenquru.az, Yosun.

Əlqaləndirici şəxs: İnnovativ Biznes-İnkubatorun direktoru Mircavid Həsənov Ağakərim oğlu.

E-amail: mirjavid.hasanov@unec.edu.az,telefon: +994 50 234 94 74

← Geriyə