2012

  • Yenilənib 19.02.2013 07:11
  • Yaradılıb 23.11.2012 14:05

2012-ci ildə Azərbaycan Respublikasının Avstriya Respublikası ilə

ticarət əlaqələri haqqında

 

2012-ci ildə Azərbaycan Respublikasının Avstriya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 264,58 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 124,60 mln. ABŞ dolları, ixracın həcmi 139,98 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 15,38 mln. ABŞ dolları olmuşdur.
2012-ci ildə Avstriya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,79 faiz, o cümlədən idxalda 1,29 faiz, ixracda isə 0,59 faiz təşkil etmişdir.
2011-ci il ilə müqayisədə, 2012-ci ildə Avstriya Respublikası ilə ticarət dövriyyəsi 2,71 dəfə, o cümlədən ixrac 35,3 dəfə çox olmuş, idxal isə 33,15 faiz artmışdır.

avstriya-2012

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

← Geriyə