Xəbərlər

  • Yenilənib 23.07.2021 12:52
  • Yaradılıb 17.07.2021 17:00

Avqustun 17-də hərraca 33 dövlət əmlakı çıxarılacaq

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac  avqustun 17-də hərrac təşkil ediləcək. Hərraca 33 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i kiçik dövlət müəssisəsi və qeyri-yaşayış binası, 11-i nəqliyyat vasitəsi, 4-ü səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləridir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3riExEB)     

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

← Geriyə