Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:45
  • Yaradılıb 29.03.2018 17:45

“AMEA YT PARK” BİZNES İNKUBASİYA MƏRKƏZİ

 

“AMEA YT Park” Biznes İnkubasiya Mərkəzi 2017-ci il may ayından etibarən Azərbaycan gənclərində təşəbbüskar yanaşmanın inkişafı, innovativ sahibkarlığın dəstəklənməsi və bilavasitə ölkəmizin bilik iqtisadiyyatına keçid prosesinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərir. O cümlədən, Beynəlxalq Elm Parkları və İnnovasiya Sahələri Assosiasiyası (IASP), İpək Yolu İnnovasiya Mərkəzləri və Texnoparklar Assosiasiyası (Çin-Russiya), Türykiyə Erciyes Texnoparkı, C. Korea Elm, Texnologiya və İnnovasiya Siyasəti İnstitutu ilə Azərbaycanda innovativ sahibkarlıq ekosisteminin inkişafı məqsədi ilə əməkdaşlıq edir.

Startaplar üçün dəstək növləri:

-İş mühitinin təşkili (4 nəfərlik iş masası);
-Mentor dəstəyi;
-Biznesin inkişafı istiqamətində təlim və seminar proqramları;

-AMEA-nın Mərkəzi Laboratoriya Sistemindən istifadə imkanı;
-AMEA-nın professor-müəllim heyəti tərəfindən layihələrə elmi rəyin verilməsi;
-İnvestorlar ilə görüşlərin təşkili;

Əlaqələndirici şəxs:

Vüsal Süleymanlı

Müdir / AMEA YT Park Biznes İnkubasiya Mərkəzi

Mob: (+99450) 473 44 51

Email: me@vusalsuleyman.com

URL: www.ameaytp.az

← Geriyə