Biznes inkubator

  • Yenilənib 29.03.2018 17:13
  • Yaradılıb 29.03.2018 17:10

ADA İnnovasiya Mərkəzi

 

"ADA İnnovasiya Mərkəzi" (ADA İnnovation Center) rəsmi fəaliyyətə 15 aprel 2017-ci il tarixdə başlamış, məqsəd təhsil müəssisəsi olaraq Azərbaycanda Startap və Kiçik Biznesin inkişafına töhvə verməkdir. Mərkəz tərəfindən ilkin olaraq ADA tələbələri, daha sonra isə digər tələbələr üçün xidmət göstəriləcəkdir. Hazırda 5 komandanın işləyə biləcəyi ofis ərazisi vardır. 2017ci ildən başlayaraq, hər il "ADA İdeya Yarışması" keçirilir və 1, 2, 3-cü yerlərə mükafatlar verilir. İnnovasiya Mərkəzində fəaliyyət üçün komandalar İdeya Yarışması vasitəsilə seçilir.

İnkubasiya Mərkəzinin yaradılmasında məqsəd və iş prinsipi

Məqsəd - tələbələrin praktiki potensialını və aktivliyini gücləndirmək, biliklərin tətbiqinə imkanların yaradılması, tələbələri real biznes və sənaye sektoruna hazırlamaq, biznesin qurulması üçün təhsil və əlaqələrin qurulmasında yardım etmək. Təhsil ili ərzində biznes, İT, digər praktiki bacarıqların inkişafı üçün treninqlər keçirilir, təhsil ilinin 2-ci semestrində İdeya Yarışı elan olunur və qaliblər keçirilir, ADA Foundation təşkilatı vasitəsilə tələbələri sponsorlarla tanış  edir və ideyalarını paylaşmaq üçün imkanlar yaradılır.

Əlaqələndirici şəxs, əlaqə nömrəsi və elektron poçt ünvanı

Rəşad Əliyev /+821036947710/+994557486620 / raaliyev@ada.edu.az / raaliyev@kaist.ac.kr

Emin Ələsgərov / +994 70 212 13 14 / ealasgarov@ada.edu.az

 

Qəbul olunan Startaplar üçün dəstək növləri

İdeya Yarışında qalib olarsa pul mükafatları, ölkə və xaricdə yarışmalara hazırlıqda yardım, müxtəlif treninqlərə pulsuz və ya ucuz qatılma şansı, İnnovasiya Mərkəzində ofis şəraiti, ölkədə və xaricdə Startap və Sahibkarlıq ekosisteminin əsas üzvlərinə birbaşa çıxış, şirkət rəhbərləri və sponsorlarla əlaqələr qurmaq üçün Netvorkinq tədbirləri, media dəstəyi, ehtiyaca əsasən ADA Universitetinin müəllimlərinə bir başa çıxış, İnnovasiya Mərkəzində qeydiyyatdan keçmiş rezident komandalara işçi qüvvə yığmaq üçün Mərkəzdə keçirilən işin rəsmi Praktika (İnternship) kimi tanıması və s.

Seçim kriteriyaları, seçim prosesi və sektorlar

Seçim İdeya Yarışı vasitəsilə aparılır, yarışda iştirak etməyib partnyor mərkəzlərdə yaxşı nəticə göstərmiş komandalar da qəbul olunur, kriteriyalar əsasən Biznes (Pul gətirmə qabiliyyəti) və İnnovasiya əsasındadır, seçim üçün müxtəlif sahələrdən (Satış, Marketing, İT, Netvorking, Dizayn, və s.) bir nəfər Akademik münsif və bir nəfər Sənayə münsifi təyin edilir,  Münsiflər heyəti komandaların çıxışları ilə tanış olub qalibləri konfidensial səsvermə nəticəsində təyin edir. Xüsusi sektor seçimi yoxdur.

← Geriyə