Xəbərlər

  • Yenilənib 04.05.2021 17:30
  • Yaradılıb 01.05.2021 09:10

38 sahibkarlıq subyektində zəruri qaydaların pozulduğu aşkar edilib

 

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 29-da keçirdiyi növbəti monitorinqlər zamanı Binəqədi rayonunda Elnurə Abbasovaya məxsus mağazada, Yasamal rayonunda Kamaləddin Quliyevə, Mirhəmid Talıbova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda "Tatlı şirniyyat mağazası”nda, Sabunçu rayonunda “Lux ərzaq mağazası”nda, Nərimanov rayonunda Aynurə Bərhənə məxsus marketdə, Xətai rayonunda Qismət Həsənova məxsus “İnşaat malları mağazası”nda, Səbail rayonunda  Ceyhun Qabilova məxsus avtomobil hissələrinin satışı mağazasında, Nizami rayonunda İrina Rzayevaya məxsus ticarət obyektində, Gəncə şəhərində "Tağıyev Shopping geyim mağazası”nda, “Klimber” pərakəndə ticarət obyektində, Namiq Quliyevə, Fariz Əliyevə məxsus mağazalarda, Sumqayıt şəhərində "Ucuz market ərzaq mağazası"nda, “Ən ucuz market”də, "Ucuz məktəbli mağazası”nda, “Chanel+Ətriyyat mağazası”nda, ümumilikdə 38 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

← Geriyə