Çıxışlar və müsahibələr

  • Yenilənib 29.01.2015 12:05
  • Yaradılıb 29.01.2015 12:05

Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Son 10 il Azәrbaycanın sürәtli vә hәrtәrәfli inkişafı, iqtisadiyyatın rәqabәt qabiliyyәtinin artması, ölkәnin enerji, әrzaq, nәqliyyat vә ekoloji tәhlükәsizliyinin möhkәmlәndirilmәsi, beynәlxalq nüfuzunun yüksәlmәsi, әhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizә daxil olmuşdur. Bu uğurların әsasında Prezident İlham Әliyevin müasir çağırışlara cavab verәn, mәqsәdyönlü vә praqmatik siyasәti durur. Ölkәnin davamlı sosial¬-iqtisadi inkişafının tәmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mәnfi tәsirinin qarşısının alınmasında dövlәt başçısının böyük uzaqgörәnliklә apardığı iqtisadiyyatın şaxәlәndirilmәsi siyasәtinin, o cümlәdәn bu siyasәtin prioritet istiqamәtlәrindәn olan regionların inkişafı strategiyasının müstәsna әhәmiyyәti vardır. 2004¬-cü ildәn uğurla icra olunan regionların sosial¬-iqtisadi inkişafı Dövlәt proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına sәbәb olur, bununla da ölkәnin strateji inkişaf hәdәflәrinә, müәyyәn edilmiş mәqsәdlәrә nail olunmasına әhәmiyyәtli töhfәsini verir. Ötәn il dә "Azәrbaycan Respublikası regionlarının 2014¬-2018¬-ci illәrdә sosial-¬iqtisadi inkişafı Dövlәt Proqramı" çәrçivәsindә görülәn işlәr, hәyata keçirilәn layihәlәr, әldә edilәn uğurlu nәticәlәrlә zәngin olmuşdur.
Möhtәrәm cәnab Prezident!
Sizin 2014-¬cü il әrzindә bölgәlәrә 23 sәfәriniz çәrçivәsindә 120-¬yә qәdәr müxtәlif tәyinatlı infrastruktur obyektlәrinin, yeni müәssisәlәrin açılış vә tәmәlqoyma mәrasimlәrindә iştirakınız, müәssisәlәrin fәaliyyәti ilә yaxından tanış olmağınız, elәcә dә ictimaiyyәtlә keçirilәn görüşlәrdә qaldırılmış mәsәlәlәrin hәlli mәqsәdilә әlavә olaraq 270 milyon manat vәsaitin ayrılması barәdә imzaladığınız 72 sәrәncam regionların inkişafına göstәrdiyiniz diqqәtin bariz nümunәsidir.
Cәnab Prezident! Sizin ötәnilki konfransda verdiyiniz tapşırıqların yerinә yetirilmәsi üçün zәruri tәdbirlәr hәyata keçirilmiş, regionların inkişafına ötәn il bütün mәnbәlәr hesabına 4,5 milyard manat vәsait yönәldilmişdir. Hesabat ilindә regionlarda infrastruktur layihәlәrinin icrası, o cümlәdәn yol¬nәqliyyat, elektrik, qaz vә su tәchizatı infrastrukturunun yenilәnmәsi işlәri davam etdirilmişdir. İl әrzindә 960 kilometr ölkә vә yerli әhәmiyyәtli avtomobil yolu, 30 yeni körpü vә yolötürücülәri tikilmiş vә ya tәmir olunmuşdur. Tapşırığınıza uyğun olaraq kәnd yollarının tikintisi davam etdirilmiş, hesabat ilindә Sizin 43 sәrәncamınızla bu mәqsәdlәrә әlavә vәsait ayrılmış, әhalisi 960 min nәfәr olan 597 yaşayış mәntәqәsini birlәşdirәn 1300 kilometr uzunluğunda kәnd yollarının çәkilmәsi vә yenidәn qurulması işlәri aparılmışdır. Ötәn il 5 elektrik stansiyası istifadәyә verilmiş, regionlarda 3 min kilometr elektrik xәtlәri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kәmәri inşa edilmiş vә ya әsaslı tәmir olunmuş, 24 rayon üzrә 58 yaşayış mәntәqәsi tәbii qazla tәmin edilmişdir. İnformasiya vә rabitә xidmәtlәrinin yaxşılaşdırılması mәqsәdilә regionlarda 26 yeni ATS istifadәyә verilmiş, 42 poçt şöbәsi tikilmiş vә ya әsaslı tәmir olunmuşdur. Sumqayıt, Gәncә vә Sabirabadda "ASAN xidmәt"in fәaliyyәtә başlaması regionlarda yaşayan әhalinin gündәlik hәyatını asanlaşdırmış, mәrkәzlәrin xidmәtindәn 1,1 milyondan çox vәtәndaş istifadә etmişdir. İl әrzindә regionlarda 155 mәktәb, 30 tibb müәssisәsi, 11 gәnclәr vә idman, 43 mәdәniyyәt vә digәr sosial obyektlәr tikilmiş vә ya әsaslı tәmir olunmuşdur. Mәcburi köçkünlәr üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailәnin vә ya 22 min mәcburi köçkünün mәnzil şәraiti yaxşılaşdırılmış, әlil vә şәhid ailәlәri üçün 5 yaşayış binası tikilmişdir. Sosial layihәlәrin reallaşdırılmasında mühüm rolu olan Heydәr Әliyev Fondunun, şәxsәn Mehriban xanım Әliyevanın tәşәbbüsü ilә görülәn miqyaslı işlәr insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Şübhәsiz ki, 2014¬-cü ildә başlayan "Mәktәbәqәdәr tәhsil müәssisәlәrinin inkişafı" proqramı da digәr layihәlәr kimi uğurlu olacaq vә әhalinin rifahının artmasına töhfәsini verәcәkdir.
Möhtәrәm cәnab Prezident!
Tәrәfinizdәn 2014¬-cü ilin "Sәnaye ili" elan edilmәsi vә bu çәrçivәdә tәdbirlәr planının icrası regionlarda da sәnayenin inkişafına tәkan vermiş, ötәn il regionlarda 105 sәnaye müәssisәsi açılmışdır. Ümumilikdә "Sәnaye ili"ndә görülәn tәdbirlәr nәticәsindә qeyri-¬neft sәnayesi 9 faiz artmışdır. Sumqayıt Kimya Sәnaye Parkında xarici vә daxili infrastrukturun yaradılması işlәri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2 rezident ilә danışıqlar yekunlaşır vә layihәlәr üzrә investisiya qoyuluşu 650 milyon manat tәşkil edәcәkdir. Son illәrdә sәnayedә hәyata keçirilәn dövlәt dәstәyi tәdbirlәri, o cümlәdәn 124 layihәnin maliyyәlәşdirilmәsinә 380 milyon manat güzәştli kreditin verilmәsi nәticәsindә bir sıra sәnaye mәhsulları üzrә idxaldan asılılıq azalmış, bәzilәri üzrә isә ixrac potensialı yaranmışdır. 14 rayonda gündәlik istehsal gücü 820 ton olan 28 müasir çörәk zavoduna 50 milyon manat güzәştli kredit ayrılmış vә artıq 22 zavod istifadәyә verilmişdir. Sәrәncamınıza uyğun olaraq sәnaye mәhәllәlәrinin tәşkili üçün bir sıra ölkәlәrin tәcrübәsi öyrәnilmiş, qanunvericilik bazası formalaşdırılmışdır vә cari ildә sәnaye mәhәllәlәrinin tәşkilinә başlanılacaqdır. Son illәrdә infrastruktur layihәlәrinin icrası, biznes vә investisiya mühitinin yaxşılaşdırılması, hәyata keçirilәn dövlәt dәstәyi tәdbirlәri regionların iqtisadi potensialını güclәndirmәklә, cәnab Prezident, Sizin iqtisadi siyasәtinizin prioritet istiqamәtlәrindәn biri kimi sahibkarlığın inkişafına tәkan vermişdir. Ötәn il bu sahәdә qanunvericiliyin tәkmillәşdirilmәsi, prosedurların sadәlәşdirilmәsi, әsassız müdaxilәlәrin qarşısının alınması vә digәr istiqamәtlәr üzrә mühüm işlәr görülmüş, elektron xidmәtlәrin sayı 450-¬yә çatmışdır. Regionlarda 4400 müәssisә fәaliyyәtә başlamış, sahibkarlıq subyektlәrinin sayı 2004-¬cü illә müqayisәdә 2,5 dәfә artaraq 386 minә çatmış, regionlardan vergi daxilolmaları ötәn ilә nisbәtәn 9,8 faiz artmış, xәrclәrini yerli gәlirlәr hesabına maliyyәlәşdirәn şәhәr vә rayonların sayı 6¬ya çatmışdır. İl әrzindә ölkә üzrә 123 min yeni iş yeri açılmışdır. Gәnclәrin sahibkarlıq tәşәbbüsünün dәstәklәnmәsi, yeni biznes vә mәşğulluq imkanlarının yaradılması mәqsәdilә Quba¬Xaçmaz Regional İnkişaf Mәrkәzindә ilk biznes inkubator fәaliyyәtә başlamışdır. 2014-¬cü ildә sahibkarların maariflәndirilmәsi vә nümunәvi layihәlәrin tәqdim olunması ilә bağlı regionlarda minlәrlә sahibkarın iştirakı ilә 169 tәdbir keçirilmiş, 47 sahibkarın Almaniyada tәcrübә keçmәsi tәşkil olunmuşdur. Sahibkarlığa Kömәk Milli Fondunun xәtti ilә 5560 sahibkara 50 faizi qaytarılmış vәsait hesabına olmaqla 295 milyon manat güzәştli kredit verilmiş vә 12500¬dәn çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönәldilmiş bu güzәştli kreditlәr hesabına 2014¬-cü ildә 39 iri istehsal, emal vә infrastruktur müәssisәsi istifadәyә verilmişdir. Bu il isә daha 81 müәssisәnin istifadәyә verilәcәyi gözlәnilir.
Cәnab Prezident, ötәnilki konfransda verdiyiniz göstәrişә әsasәn regionlarda kiçik sahibkarlıqla mәşğul olan vәtәndaşların güzәştli kreditlәrә çıxışını tәmin etmәk vә fermerlәr arasında kooperasiya әlaqәlәrini güclәndirmәk mәqsәdilә Fondla әmәkdaşlıq edәn bank olmayan kredit tәşkilatlarının sayı 20¬-yә çatdırılmışdır. Bu isә kiçik sahibkarların uzun illәrdir ki, üzlәşdiklәri girov problemini hәll etmәyә imkan verir.
Möhtәrәm Prezident, intensiv metodlara әsaslanan aqrar sektorun yaradılmasına yönәlmiş siyasәtiniz, dövlәt dәstәyi tәdbirlәri, elәcә dә bu sahәdә sahibkarlığın inkişafı, müasir texnologiyalara әsaslanan yüzlәrlә müәssisәnin açılması öz nәticәsini vermiş, idxaldan asılılığın azalmasına, özünütәminetmә sәviyyәsinin yüksәlmәsinә sәbәb olmuşdur. Son illәrdә dövlәt dәstәyi tәdbirlәri, o cümlәdәn 19 rayonda 40 quşçuluq tәsәrrüfatına, 13 rayonda 20 heyvandarlıq vә 8 rayonda südçülük komplekslәrinә, 6 rayonda 7 әt kәsimi vә emalı müәssisәsinә 240 milyon manat güzәştli kreditin verilmәsi istehsalın artmasına, 3 ildә әt vә әt mәhsullarının idxalının әhәmiyyәtli dәrәcәdә azalmasına sәbәb olmuşdur. Bundan әlavә, 20 rayonda 33 intensiv bağçılıq vә üzümçülük tәsәrrüfatlarına, 9 rayonda 37 istixana kompleksinә vә 11 rayonda 16 meyvә-¬tәrәvәz emalı müәssisәlәrinә 171 milyon manat güzәştli kreditlәrin verilmәsi bu mәhsullara daxili tәlәbatın ödәnilmәsi vә ixrac imkanını yaratmışdır. Eyni zamanda, qiymәtlәrin sabit saxlanılması mәqsәdilә istehlak bazarında gündәlik monitorinqlәr aparılmaqla bir sıra qabaqlayıcı tәdbirlәr hәyata keçirilmiş, nәticәdә süni qiymәt artımına yol verilmәmişdir. Şәmkirdә tәmәli qoyulmuş vә mәhsulların istehsalından satışınadәk bütün mәrhәlәlәri әhatә edәcәk özәl pilot aqroparkında işlәr artıq praktik müstәviyә keçmişdir. Hazırda Xızı rayonunda aqroparkların yaradılması mәqsәdilә baş plan hazırlanır, Bәrdә vә Xaçmazda da aqrar¬sәnaye komplekslәri yaradılır.
Cәnab Prezident, tapşırığınıza uyğun olaraq, әrzaq tәlәbatının yerli istehsal hesabına ödәnilmәsi mәqsәdilә 12 rayonda 30 min hektardan çox sahәdә 19 iri fermer tәsәrrüfatının yaradılmasına 47 milyon manat güzәştli kreditlәr verilmişdir. Ötәn illәr әrzindә mәhsulların tәdarükü, saxlanması vә satışı infrastrukturunun yaradılması, o cümlәdәn 26 rayonda tutumu 290 min ton olan 48 logistik mәrkәzin vә 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması әhalinin ilboyu keyfiyyәtli yerli mәhsullarla tәminatında mühüm rol oynayır, istehlak bazarında qiymәtlәrin sabitliyi tәmin edilir. Tapşırığınıza әsasәn müәssisәlәrin regionlar üzrә optimal yerlәşdirilmәsi işlәri yerli resurslar, iqlim şәraiti, kadr potensialı vә formalaşmış әnәnәlәr nәzәrә alınmaqla aparılan tәhlillәr әsasında hazırlanan plana uyğun olaraq növbәti illәrdә dә davam etdirilәcәkdir. Xarici ölkәlәrdә ixrac infrastrukturunun yaradılması tapşırığınıza uyğun olaraq, Qazaxıstanın Aktau şәhәrindә logistik mәrkәzin tikintisi bu il başa çatdırılacaqdır. Gәlәcәkdә digәr ölkәlәrdә dә mәrkәzlәrin yaradılması perspektivlәri araşdırılır. Bu mәrkәzlәr ölkәnin ixrac coğrafiyasının genişlәndirilmәsinә, ixracın hәcminin artmasına müsbәt tәsir göstәrәcәkdir.
Möhtәrәm cәnab Prezident!
Müәllifi olduğunuz regionların inkişafı strategiyasının uğurla hәyata keçirilmәsi nәinki bölgәlәrin, elәcә dә ümumilikdә ölkәnin inkişafında bir dönüş nöqtәsi olmuş, bütün regionlarda quruculuq işlәri geniş vüsәt almış, Azәrbaycanın istәnilәn bölgәsindә yaşayan vәtәndaşların bu strategiyanın nәticәlәrinin öz gündәlik hәyatında hiss etmәsinә sәbәb olmuşdur. Sizin xalqımızın ümummilli lideri Heydәr Әliyevin inkişaf strategiyasından qaynaqlanan, hәr bir vәtәndaşın rifahının davamlı olaraq yüksәlmәsinә yönәlәn uzaqgörәn, sistemli vә qәtiyyәtli siyasәtiniz bundan sonra da qarşıda duran vәzifәlәrin uğurla yerinә yetirilmәsini, ölkәmizin, o cümlәdәn regionların inkişafının daha da sürәtlәnmәsini tәmin edәcәkdir.
Diqqәtinizә görә minnәtdaram!

 

← Geriyə