Xəbərlər

  • Yenilənib 05.08.2021 15:09
  • Yaradılıb 02.08.2021 15:05

1500-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib

 

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər davam etdirilir. Monitorinq qrupları tərəfindən bu günədək 1.500-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə bəzi qayda pozuntularına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə  verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və s. ilə bağlıdır.

Ümumiyyətlə, bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 193 mindən çox qonağın müvafiq sənədləri araşdırılıb, 20  min nəfərə yaxın şəxsdə qanun pozuntusu halları aşkarlanıb. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 800 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb, həll edilə bilən nöqsanlar  yerindəcə aradan qaldırılıb və şənlik mərasimlərinin qaydalara uyğun davam  etdirilməsi təmin olunub. Nümunəvi toy məclislərində yeni ailə quranlara monitorinq qrupları tərəfindən hədiyyələr təqdim ediblər. 

Şənlik mərasimləri təşkil edən vergi ödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, müəyyən edilmiş qayda və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri  vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparlmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər.

← Geriyə