Xəbərlər

  • Yenilənib 22.09.2021 16:20
  • Yaradılıb 21.09.2021 10:30

12 oktyabr və 19 oktyabr tarixlərində hərrac keçiriləcək

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12 oktyabr və 19 oktyabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək. Oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 19 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3c5wjt7)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

← Geriyə