İqtisadiyyat Nazirliyi

Məqalələr

Çağrı Mərkəzi haqqında ümumi məlumat


Sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsini yüksəltmək, sahibkarlar tərəfindən Nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə dair edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq və operativliyə nail olmaq, bununla da sahibkarlıq subyektlərinin lazımi iqtisadi və hüquqi informasiya ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2009-cu ildə Telefon Məlumat Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə, Vergilər, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət sahələrini əhatə edən "195" Çağı Mərkəzi yaradılmış və 2015-ci ilin fevral ayından fəaliyyətə başlamışdır.
Qeyd olunan Sərəncama uyğun olaraq, İqtisadiyyat Nazirliyinin "195-2" Telefon Məlumat Mərkəzinin fəaliyyəti də müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilmiş, eyni zamanda Telefon Məlumat Mərkəzinin adı dəyişdirilərək Çağrı Mərkəzi adlandırılmışdır.
Hazırda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün ölkəmizdə mövcud olan bütün telefon nömrələrindən heç bir koddan istifadə etmədən "195" nömrəsinə zəng edərək "2" düyməsini (195-2) yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yaradıla və səsli menyunun köməkliyi ilə müvafiq məlumatlar əldə edilə bilər.
İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla Nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.
Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi " Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. " ünvanına göndərə bilərsiniz.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version