Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən iş adamlarının məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.
AZPROMO tərəfindən ixrac xidmətləri, müxtəlif ölkələrlə iqtisadi əlaqələr, ixraca dair qanunvericilik və digər məlumatların əksini tapdığı İxrac Bülleteninin növbəti sayı nəşr edilmişdir. Bülletendə AZPROMO-nun iş adamlarına göstərdiyi ixrac xidmətləri, qablaşdırma və etiketlənmə üzrə ümumi tələblər, Avropa Birliyinə ixrac, sərgilər və digər məlumatlar verilmişdir.
İxrac bülleteni İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az, AZPROMO-nun www.azpromo.az internet səhifələrində yerləşdirilmişdir.
İxrac bülleteninin yerli şirkətlərə, beynəlxalq təşkilatlara və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə təqdim olunması nəzərdə tutulur. Bundan başqa, bülleten AZPROMO tərəfindən bu il ölkəmizdə təşkil ediləcək tədbirlərdə iş adamlarına paylanılacaqdır.