Ağdaşda məskunlaşan qaçqın və məcburi köçkünlərə bayram sovqatı verilmişdir
Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilmişdir. Noyabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olmuş, burada məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim etmişlər.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilmişdir.
Noyabrın 15-də İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Ağdaş rayonunda olmuş, burada məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim etmişlər.
Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq etmiş, işğal olunmuş torpaqlarımızın tezliklə qaytarılacağına ümidvar olduqlarını vurğulamışlar.