İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə


AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ

SƏRƏNCAMI

 

Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Salyan rayonunda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilmiş, yollar çəkilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.
Salyan rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2012-ci il.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version