Reklam sahəsində monitorinqlər davam etdirilir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir. Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 12 ünvanında Təzəgül Həsənovaya məxsus mağazanın ön şüşələrində yayımlanan reklam materialında sənədli şəkildə təsdiq edilmədiyi halda, "ən" terminindən istifadə olunduğu aşkar edilmiş və əmtəənin alınması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam materialından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Təzəgül Həsənova barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam yayımı sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.
Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 12 ünvanında Təzəgül Həsənovaya məxsus mağazanın ön şüşələrində yayımlanan reklam materialında sənədli şəkildə təsdiq edilmədiyi halda, "ən" terminindən istifadə olunduğu aşkar edilmiş və əmtəənin alınması zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam materialından istifadə etməklə haqsız rəqabətə yol verdiyinə görə Təzəgül Həsənova barəsində Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Dövlət Xidmətində haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Təzəgül Həsənovaya 450 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
Dövlət Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol verilmiş qanun pozuntusu aradan qaldırılmışdır.