Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Xətai rayonu İcra Hakimiyyətinə Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.