İordaniyanın Maan regionunda silikon klasterlərinin yaradılması ilə bağlı investisiya layihələri
1. Layihənin adı: Silisium gel fabriki
Layihənin təsviri: Müxtəlif növ və sinifdən olan silisium gel istehsalı nəzərdə tutulur. İordaniyada Maan ərazisində kimya sənayesinin inkişafı əsas məqsədlərdən biridir. Gel fabriki əslində Sodium Silikat sənayesi üçün xammal istehsal edən zavoddur. Bu zavodun Sodium Silikat zavodunun bir qolu hesab olunduğundan həmin zavodun yaxınlığında tikilməsi məqsədəuyğun hesab edilir. Zavodun 10-14 ay ərzində tikintisi nəzərdə tutulub. İnşaat üçün tələb edilən ərazi 5000-6000 m2 sahəni əhatə etməlidir. Zavod silisium gelinin müxtəlif növlərini istehsal etməklə bir sıra regional və beynəlxalq sənaye sektorlarına xidmət edəcək.
Yerləşdiyi ərazi: Maan, İordaniya
Nəzərdə olunan investisiyanın həcmi: 2 milyon ABŞ dolları. Kapitalın geri qaytarılma müddəti: 5 il. Biznes plan hazırlanmamış və ətraflı maliyyə təhlili aparılmamışdır.
Mümkün əməkdaşlıq forması:
Stimullaşdırıcı tədbirlər: İnvestisiyaların Təşviqi Qanununa (16 nömrəli 1995-ci il tarixli) əsasən layihə çərçivəsində ölkə ərazisinə idxal ediləcək əsas vəsaitlər idxal zamanı bütün ödənişlərdən azad edilir.
Sifarişçi: "NAVİTAS Engineering &Management Consultant" şirkəti.
2. Layihənin adı: Sodium Silikat və Potasium Silikat Fabriki ofis məhsulları e
Layihənin təsviri: Sodium silikat əsas olmaqla eyni zamanda ikinci məhsul kimi Potasium silikat istehsalı nəzərdə tutulur (silikatlar bərk və ya maye formasında istehsal olunacaq). Burada Bərk və maye formasında silikat istehsal olunacaqdır. Tikinti üçün tələb olunan ərazi 10.000-12.000 m2. Zavodun 10-14 ay ərzində tikintisi nəzərdə tutulub.
Yerləşdiyi ərazi: Maan İordaniya
Nəzərdə olunan investisiyanın həcmi: 4 milyon ABŞ dolları. Kapitalın geri qaytarılma müddəti: 4 il. Biznes plan hazırlanmamış və ətraflı maliyyə təhlili aparılmamışdır.
Mümkün əməkdaşlıq forması:
Stimullaşdırıcı tədbirlər: İnvestisiyaların Təşviqi Qanununa (16 nömrəli 1995-ci il tarixli) əsasən layihə çərçivəsində ölkə ərazisinə idxal ediləcək əsas vəsaitlər idxal zamanı bütün ödənişlərdən azad edilir.
Sifarişçi: "NAVİTAS Engineering &Management Consultant" şirkəti.
3. Layihənin adı: Şüşə qabların istehsalı fabriki ikləəhsulları e
Layihənin təsviri: Son illərdə yerli və regional bazarlarda təchizatçıların şüşə qabları ilə təmin edilməsi məsələsində müəyyən problemlərin yaranması ilə əlaqədar 35.000 m2 ərazidə müxtəlif növ şüşə qabların istehsalı fabrikinin açılması nəzərdə tutulur. Layihə çərçivəsində müxtəlif növ butulka, banka, stəkan və s. kimi şüşə qabların istehsal olunacaq. İnşaat müddəti 14-18 ay təşkil edəcək.
Yerləşdiyi ərazi: Maan, İordaniya
Nəzərdə tutulan investisiyanın həcmi: 21 milyon ABŞ dolları. Kapitalın geri qaytarılma müddəti: 7 il. Biznes plan hazırlanmamış və ətraflı maliyyə təhlili aparılmamışdır.
Mümkün əməkdaşlıq forması:
Stimullaşdırıcı tədbirlər: İnvestisiyaların Təşviqi Qanununa (16 nömrəli 1995-ci il tarixli) əsasən layihə çərçivəsində ölkə ərazisinə idxal ediləcək əsas vəsaitlər idxal zamanı bütün ödənişlərdən azad edilir.
Sifarişçi: "NAVİTAS Enginnering&Management Consultant" şirkəti.
4. Layihənin adı: Cilalamış şüşə (float) istehsalı zavodunun tikintisi f məhsulları e
Layihənin təsviri: Layihənin məqsədi memarlıq və avtomobil sahələrində şəffaf və rəngli cilalanmış şüşənin istehsal edilməsindən ibarətdir. Eyni zamanda layihə şəffaf və rəngli cilalanmış şüşələrin istehsalı və bunun yerli bazara və əsasən Körfəz və Ərəb ölkələrinə ixracının təmin edilməsi məqsədini daşıyır. İl ərzində hər günün 24 saatı fəaliyyət göstərəcək bu zavodun istehsal gücünün gündəlik 700 ton rəngli şüşələr təşkil edilməsi nəzərdə tutulur. Tikinti 960.000 m2-lik ərazidə aparılacaq.
Yerləşdiyi ərazi: Maan, İordaniya
Nəzərdə tutulan investisiyanın həcmi: 222.469.763 ABŞ dolları (layihənin 35%-i kredit hesabına, 65% sahibkar tərəfindən ödəniləcəkdir). Biznes plan hazırlanmamış və ətraflı maliyyə təhlili aparılmamışdır.
Mümkün əməkdaşlıq forması: kredit
Stimullaşdırıcı tədbirlər: İnvestisiyaların Təşviqi Qanununa (16 nömrəli 1995-ci il tarixli) əsasən layihə çərçivəsində ölkə ərazisinə idxal ediləcək əsas vəsaitlər idxal zamanı bütün ödənişlərdən azad edilir.
Sifarişçi: "PRO Qrup Consulting" şirkəti.
İnvestisiya layihələri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aşağıda göstərilən ünvanlara müraciət edə bilərsiniz:
-Navitas- Engineering Managment & Consultant Co.
Adres: Al-Madina al- Munawara St., Amman;
Tel: +962-6-4004422;
Mob. tel:+962-6-4006622 və ya
İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi:
Tel: 4938867 (21-49)