İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

«СТАТУС ПИТАНИЯ» adlı eksklüziv milli qida məhsullarının və yeməklərin ilk mağazalar şəbəkəsi yaradılacaq

 

Avropada «СТАТУС ПИТАНИЯ» adlı eksklüziv milli qida məhsullarının və yeməklərin ilk mağazalar şəbəkəsinin yaradılması layihəsi ilə bağlı İnnovasiya-investisiya texnologiyaların, layihələrin Avropa Reyestrinin (European Register of İnnovation-İnvestment Technology and Projects) müraciəti daxil olmuşdur. Eksklüziv milli qida məhsulları istehsal edən və yeməklər hazırlayan Azərbaycan müəssisələri həmin layihədə iştirak etmək üçün dəvət olunurlar.

Layihə çərçivəsində müəssisələrə yeni satış bazarlarına çıxışın əldə edilməsi, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələrinin istifadə edilməsi məqsədilə aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və kənd təsərrüfatı məhsullarının topdan alıcı və satıcıları ilə birgə «МОСКОВСКАЯ ЯРМАРКА «ЭКВАТОР ПРОДОВОЛЬСТВИЯ» adlı daimi fəaliyyət göstərən ərzaq yarmarkasının tikintisi və istismarı məsələsinin müzakirəsi nəzərdə tutulur. Artıq bir neçə xarici ölkələr, o cümlədən Belçika, Çin, Portuqaliya, Kanada, Yaponiya, Braziliya layihənin dəstəklədiyini bəyan etmişdir.

İstehsal etdiyiniz məhsul haqqında məlumatın «СТАТУС ПИТАНИЯ» şəbəkəsində yerləşdirilməsi məqsədilə sifarişinizi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına göndərə bilərsiniz. Sifarişə istehsal etdiyiniz məhsullarınızın (qiymətlər göstərilməklə) çeşidi əlavə edilməlidir.

Ətraflı məlumatı aşağıda qeyd olunan ünvandan əldə etmək olar:

European Register of İnnovation-İnvestment Technology and Projects

030087, Ukrayna, Kiyev şəhəri,

Umanskaya küçəsi 31, korpus 2,

tel/faks: +380 44 489 23 19,

www.eriip.com

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version