İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

Avstriyanın "BEFA" şirkəti əməkdaşlıq təklif edir

 

Avstriyada fəaliyyət göstərən "BEFA" şirkəti Azərbaycan müəssisə və şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir. Şirkətdə yuyucu, təmizləyici və dezinfeksiya vasitələri, mənzillərin və avtomobillərin təmizlənməsi üçün xüsusi təmizləyici vasitələr, sabunlar və yuyucu tozlar istehsal olunur. Şirkət tərəfindən Azərbaycanda birgə müəssisənin yaradılması məqsədilə yuyucu-təmizləyici vasitələrinin, həmçinin neft-kimya sahəsi üzrə plastik məmulatların istehsalı üçün müvafiq istehsalat avadanlıqlarının göndərilməsi və işçi heyət üçün təlim keçirilməsi təklif olunur.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr "BEFA" şirkəti ilə əməkdaşlıq etmək üçün dəvət olunur.

Şirkət haqqında ətraflı məlumatı www.befa.net saytından əldə etmək olar.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version