İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

www.icazeler.gov.az portalının xidmətlərindən aprel ayında 13 mindən çox istifadəçi

yararlanmışdır

 

icazelerİqtisadi İnkişaf Nazirliyi tərəfindən icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış www.icazeler.gov.az portalını aprel ayında 13400-ə yaxın internet istifadəçisi ziyarət etmişdir. İnternet istifadəçilərinin 180-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Özbəkistan, Kanada, Belçika, Gürcüstan və Fransadan olmuşdur. Ay ərzində ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa ölkələri üstünlük təşkil etmişdir. Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 130 mindən çox internet istifadəçisi yararlanmışdır.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Aprel ayında 3, ümumilikdə isə 111 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilmişdir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version