İqtisadi İnkişaf Nazirliyi

Baş səhifə

Keyfiyyətsiz ərzaq məhsulları aşkar edilmişdir

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Sumqayıt şəhərində
- 45-ci məhəllə, ev 11/13 ünvanında Fərid Abasova məxsus "Svam" mağazasında;
- 17-ci mikrorayon, ev.62 ünvanında Şahin Hüseynova məxsus "İmran" mağazasında saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.


Bakının Xətai rayonunda
- S.Orucov küçəsi, ev 23 ünvanında Fazil Əliyevə məxsus "Yağmur" mağazasında;
- Xocalı küçəsi, 13 və 15 saylı binaların arasında Ayaz Vəliyevə məxsus "Endi" mağazasında;
- Gəncə prospekti, ev 73 ünvanında Vaqif Qasımova məxsus "Şirin" mağazasında;


Səbail rayonunda
- Badamdar şossesi, ev 139 ünvanında "Qafqaz İndastri" MMC-yə məxsus "Kamran" mağazasında;
- Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsi, ev 9 ünvanında Davud Quliyevə məxsus mağazada;


Yasamal rayonunda
- M.Müşfiq küçəsi, ev 11/13 ünvanında Qərib Balakişiyevə məxsus "Fidaniya" mağazasında;


Binəqədi rayonunda
- S.Məmmədova küçəsi, ev 207C ünvanında Zaur Vəliyevə məxsus "Raul" mağazasında;


Nəsimi rayonunda
- 2- ci mikrorayon, Cavad Xan küçəsi, ev 48 ünvanında Xəqani Zeynalova məxsus mağazada;


Yevlax şəhərində
- C.Cabbarlı küçəsində İradə Məcnunovaya məxsus mağazada;
- Nizami küçəsində Elxan Məmmədova məxsus mağazada;


Xaçmaz şəhərində
- H.Tağıyev küçəsində Qabil Şahverdiyevə məxsus mağazada;
- N.Nərimanov küçəsində Səxavət Kərimova məxsus mağazada;


Gəncə şəhərində
- T.Arani küçəsi, ev 25A ünvanında Zaur Əhmədova məxsus mağazada;
- N.Nərimanov prospekti, ev 194 ünvanında Şahin Seyidova məxsus mağazada;


Saatlı şəhərində
- H.Əliyev prospektində Rövşən Məmmədova və Əhmədağa Əliyevə məxsus mağazalarda saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version