İqtisadi İnkişaf Nazirliyi

Məqalələr

Serbiya nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan-Serbiya biznes forumu keçirilmiş, əməkdaşlığa dair memorandumlar imzalanmışdır  


Serbiya Respublikasının Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfərin birinci günü - noyabrın 26-da Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoymuşdur. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmiş, məzarı üzərinə çiçək dəstələri düzmüşlər. Nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad etmişlər. 

serb01 serb02

serb003Sonra Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiç İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşmüşdür. Görüşdə Nazir Şahin Mustafayev Azərbaycan və Serbiya arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əlaqələrin inkişafında xüsusi əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafında sabah 2-ci iclası keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, 2010-cu ildə yaradılmış Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının və Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rolu böyükdür. İki ölkə arasında mövcud iqtisadi əlaqələrin, əməkdaşlıq perspektivlərinin, ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə olunduğu görüşdə nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir.
Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri Rasim Lyayiç hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulamışdır.
serb1Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilmişdir. Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, turizm, neft-qaz, beynəlxalq avtomobil daşımaları, maşınqayırma sənayesi, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.
Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə - siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, bu inkişaf dinamikasının son illərdə daha da sürətləndiyini qeyd edərək, bu sahədə dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin böyük rol oynadığını vurğulamışdır. Qeyd edilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Serbiya Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini, Azərbaycan isə öz növbəsində Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. İki ölkə arasında iqtisadi sahədə möhkəm müqavilə-hüquq bazası mövcuddur və indiyədək 20-ə yaxın sənəd imzalanmışdır. Ticarət əlaqələri
serb2Azərbaycan və Serbiya arasındakı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 55,4%, 2012-ci ilin yanvar-sentyabr aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə artmışdır. Azərbaycanda 2 Serbiya şirkəti qeydiyyata alınmışdır. Biznes forumların, təqdimat, seminar və sərgilərin təşkilinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini vurğulayan nazir
Şahin Mustafayev indiyədək Azərbaycan və Serbiya arasında 4 biznes forumun keçirildiyini diqqətə çatdırmış, iki ölkə arasında sənaye, kənd təsərrüfatı, inşaat və turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.
Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixracatçısına çevrildiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Serbiya da Azərbaycanın bu sahədə əməkdaşlıq etdiyi ölkələrdəndir. Belə ki, ölkəmiz Serbiyaya yol tikintisi üçün kredit ayırmışdır. Bu layihənin əsas podratçısı Azərbaycanın "AzVirt" şirkətidir.
serb4Serbiyanın Baş nazirinin müavini, Xarici, Daxili Ticarət və Telekommunikasiya naziri Rasim Lyayiç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın investisiya mühiti və biznes imkanları, Serbiyanın Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin ölkəsinin iqtisadiyyatı barədə təqdimatlarla çıxış etmişlər.
Biznes forum çərçivəsində AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında, həmçinin Azərbaycan Ticarət və Sənaye Palatası ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanmışdır.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə başa çatmışdır.
Sabah - noyabrın 27-də isə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçiriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version