Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Yasamal rayonunda
-Yeni Yasamal 1, D.Bünyadzadə küçəsi, 3 ünvanında yerləşən "Nilufər market"də;
-Z.Xəlilov küçəsi, ev 68 ünvanındakı "Fuad market"də;
-Ə.Ələkbərov küçəsi, ev 12A, məhəllə 507/511, mənzil 1 ünvanında yerləşən "Vivat market"də;
-H.Zərdabi prospekti, ev 92A ünvanındakı "Zeytun market"də;
Nəsimi rayonunda
-H.Seyidzadə küçəsi, ev 22A ünvanında yerləşən "Sənan market"də;
-A.Mustafayev küçəsində "Bax belə market"də və Reyhan Əvəzovaya məxsus mağazada;
-H.Əliyev küçəsi, ev 56, mənzil 18 ünvanında Mənaf Mahmudova məxsus mağazada;
Nərimanov rayonunda
-Z.Xəlil küçəsi, ev 14 ünvanında yerləşən "Aran market"də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır.
Gəncə şəhərində
- Azərbaycan küçəsi, ev 20 ünvanında Aqil Əliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyənləşdirilmişdir.
Samux rayonunda
- Kolayır kəndində Tarix Ocaqova məxsus mağazada;
-Çobanabdallı kəndində Anar Qarayevə məxsus mağazada;
Gəncə şəhərində
- Sadıllı qəsəbəsi, məhəllə E-3, sahə 19 ünvanında İntiqam Verdiyevə məxsus mağazada;
Ağdaş rayonunda
- M.Ə.Rəsulzadə küçəsində Eldəniz Əliyevə məxsus mağazada;
-Maşad kəndində Elsevər Əhmədova məxsus mağazada
saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 290 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.