İqtisadi İnkişaf Nazirliyi

Məqalələr

investisiya

Ölkənin sosial-iqtisadi inkişafında mövcud vəziyyə

İnvestisiya mühiti

Ümumi məlumat

 Qanunvericilik və xarici investisiyalar rejimi.

Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtləri və xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsipləri müvafiq olaraq “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.

Hökumət xarici investorlara aşağıda göstərilən əlavə hüquqi təminatlar verir:

  • Qanunvericiliyin pisləşməsinə qarşı. İnvestisiyalar həyata keçirilən zaman mövcud olan qanun 10 il ərzində qüvvədə olacaq.
  • İnvestisiyaların milliləşməsinə (millətin və dövlətin maraqlarına zidd olan hallar istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər, epidemiyalar və fövqəladə hallar istisna olmaqla) qarşı. Milliləşmə ya rekvizisiya həyata keçirilsə, zərərçəkmiş xarici investorlar təcili və adekvat kompensasiya ilə təmin olunurlar.
  • Dövlət orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər nəticəsində zərərçəkmiş xarici investorlara kompensasiya ödənilir
  • Vergilərin ödənilməsindən sonra əldə olunan gəlirin azad repatriasiyası.

 

“Bir pəncərə” sistemi

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli, 2458 saylı Sərəncam imzalamışdır. Sərəncama əsasən "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılmışdır.

 

«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına gətirilən mallar üzərində dövlət sərhədinin buraxılış məntəqələrindəki nəzarət orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada sənədlər gömrük orqanına təqdim olunur. Bununla əlaqədar, «Dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» prinsipinin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «icazə» blanklarının verilməsinin ardıcıllığını müəyyən edən müvəqqəti Texnoloji sxem» təsdiq edilmişdir. Texnoloji sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə müəyyən olunmuş qaydada gömrük, baytarlıq, fitosanitar və sanitariya karantin nəzarəti və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «İcazə» blanklarının verilməsi işlərinin bu məsələlər üzrə məsul olan gömrük əməkdaşları tərəfindən həyata keçirilməsi göstərilmişdir.

 

 

Özəlləşdirmə

Xarici investorlar özəlləşdirmədə iştirak edə bilərlər. Özəlləşdirmədə iştirak etmək üçün özəlləşdirmə çekləri dövriyyədə olan zaman xarici investorlar özəlləşdirmə opsionunu əldə etməlidirlər. (Özəlləşdirmə opsionu – xarici investorlara özəlləşdirmə üçün lazım olan özəlləşdirmə çeklərinin alınmasına hüquq verən qiymətli kağız növüdür).

 

Valyuta tənzimlənməsi

Azərbaycanın Mərkəzi Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunmuşdur.

Mərkəzi Bankın xüsusi lisenziyası olmadığı halda bütün ödəmələr manatla həyata keçirilir.

Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Mərkəzi Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdırlar.

 

Daşınmaz əmlak

Azərbaycan qanunvericiliyi daşınmaz əmlaka dair aşağıdakı hüquqları təmin edir:

  • mülkiyyət,
  • icarə,
  • istifadə.

 

Sahibkarlıq konsepsiyası mülkiyyət hüququnu, istifadə və ya gəlir əldə etməni və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində Azərbaycan Respublikası, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola bilərlər. Xaricilər (fiziki və hüquqi şəxslər) və vətəndaşlığı olmayan şəxslər torpaq mülkiyyətçisi ola bilməzlər. Torpağı verilmiş kreditə görə girov, hədiyyə və ya vərəsəlik kimi hüquqi üsullar nəticəsində alan xaricilər 1 il ərzində mülkiyyət hüquqlarını 3-cü tərəfə verməlidirlər. Əks halda torpaq dövlətin və ya müvafiq bələdiyyənin mülkiyyətinə keçəcək. Buna baxmayaraq xaricilər torpağı uzunmüddətli icarəyə götürə bilərlər.

 

Vergitutma

İqtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi sistemində aşağıdakı dəyişikliklər edilib:

  • Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi dərəcələrinin tədricən 35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən 18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi.

 

Gömrük rejimi

Azərbaycan qanunvericiliyi Azərbaycana idxal olunan əmtəələrə tətbiq olunan bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan xarici investorlar üçün vacib olanları aşağıdakılardır:

  • tranzit, gömrük saxlanılması,
  • gömrük anbarı,
  • müvəqqəti idxal,
  • gömrük zonalarına giriş və çıxış.

 

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu – 0-15% - ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hal hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və həmçinin aksiz vergisi). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq olunur.

İxrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır.

Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. HPBS rejimli idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi” haqqında Qanuna əsasən neft-qaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0% dərəcəsi ilə ƏDV tətbiq olunur.

 

Dövlət qeydiyyatı

Qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair dövlət reyestri hüquqi şəxslər və onların təsisçiləri barədə ümumi məlumatı daxil edir. Mülki Məcəllənin müddəalarına əsasən hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib və hər bir maraqlanan tərəf qeydiyyat üçün təqdim olunan sənədlərin surətini ala bilər.

Dövlət qeydiyyatı 5 gün ərzində keçirilir.

“Bir pəncərə” sisteminə görə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər.

 

Lisenziyalaşdırma

2002-ci ilə qədər bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif dövlət orqanlarından xüsusi lisenziyalar almaq lazım idi. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 3 sentyabr tarixli fərmanına əsasən kommersiya fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunmuşdur. Lisenziyanın alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s. üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir.

 

 

 

Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

2011-ci ilin I yarısında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4476,6 milyon manat vəsait yönəldilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 17,8% çox olmuşdur.

Hesabat dövründə əsas kapitala yönəldilmiş ümumi investisiyanın 3182,1 milyon manatı (71,1 faizi) qeyri-neft sektorunun, 1294,5 milyon manatı (28,9 faizi) neft sektorunun inkişafında istifadə edilmişdir.

Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş ümumi investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, daxili investisiyaların həcmi xarici investisiyaları üstələmişdir. Belə ki, əsas kapitala yönəldilmiş vəsaitin 72,8%-ni və ya 3257,8 milyon manatını daxili investisiyalar, 27,2%-ni və ya 1218,8 milyon manatını isə xarici investisiyalar təşkil etmişdir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadi İnkişaf Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version