Xəbərlər

  • Yaradılıb 14.09.2018 18:27
  • Yenilənib 20.09.2018 09:17
  • Nəşr edilib 14.09.2018 18:25

“Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib 

 

Əvvəlki illərdə olduğu kimi, bu il də İqtisadiyyat Nazirliyi tərəfindən 21 avqust - 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilib.

Qeyd edək ki, Ombudsmanın təşəbbüsü ilə elan olunan və ənənəvi olaraq hər il keçirilən “Sülh aylığı” əhalinin müxtəlif təbəqələrinin diqqətini sülhün və insan hüquqlarına hörmətin vacibliyinə cəlb etmək, insanların hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədilə keçirilir.

Sentyabrın 11-12-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsində sülhün rolu”, “İnsan hüquqlarının qorunmasında sülh mədəniyyətinin rolu” və “Beynəlxalq Sülh günü” mövzularında Şəki, Gəncə və Göyçayda tədbirlər keçirilib.

Tədbirlərdə gənclərin, qadınların, uşaqların, əlillərin və sahibkarların hüquqlarının qorunmasına dair qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası, eləcə də ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, tədbir iştirakçıları vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

← Geriyə