Xəbərlər

  • Yaradılıb 07.08.2018 16:19
  • Yenilənib 07.08.2018 16:19
  • Nəşr edilib 07.08.2018 16:15

İxracatçılar Klubunun növbəti iclası keçirilib

 

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti  iclası keçirilib. Klubun bu dəfəki iclasında müsabiqə yolu ilə seçilmiş ərzaq məhsularının istehsalı sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətin nümayəndəsi iştirak edib.

İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev  iqtisadiyyatın şaxələnməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu, sahibkarlığın qeyri-neft sektorunun inkişafında aparıcı rol oynadığını vurğulayıb. Bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi istehsalın artırılması, ixracın coğrafiyasının və həcminin genişləndirilməsində əhəmiyyətli rol oynayan  mexanizmlərdəndir.

Ərzaq həmsullarının istehsalının qeyri-neft sektorunun mühüm sahələrindən olduğunu qeyd edən Yusif Abdullayev 17-20 sentyabr 2018-ci il tarixində Moskvada keçiriləcək “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisi barədə danışaraq rəqabətqabiliyyətli məhsul istehsalı və ixracın genişləndirilməsi  məqsədi ilə beynəlxalq sərgilərdə iştirakın xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Sonra İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisi barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində sahibkarlarla “Worldfood Moscow 2018” Sərgisində iştiraka dair müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

← Geriyə