Xəbərlər

  • Yaradılıb 16.04.2018 15:43
  • Yenilənib 16.04.2018 17:39
  • Nəşr edilib 16.04.2018 15:40

İstanbulda Qlobal Sahibkarlıq Konqresi keçirilir

 

Aprelin 15-dən Türkiyənin İstanbul şəhərində 170 ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə “Qlobal Sahibkarlıq Konqresi - 2018” işə başlayıb.

Qlobal Sahibkarlıq Konqresi sahibkarlıq fəaliyyətinə yeni başlayan və iş yerləri yaradan startapçılar üçün ən böyük tədbirlərdən hesab edilir. Konqres hər il 170-dən çox ölkədən rəsmilərin, sahibkarların, tədqiqatçıların iştirakı ilə yeni ideyaların və təşəbbüslərin formalaşması, sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi üçün bir platforma olaraq təşkil edilir.

Konqresdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Sahib Məmmədov tədbirdə çıxış edərək Azərbaycanda sahibkarlığın inkişaf istiqamətləri, bu sahədə həyata keçirilən kompleks tədbirlər, sistemli və ardıcıl islahatlar, startapçıların dəstəklənməsi, bu sahədə biznes inkubatorların rolu barədə məlumat verib.

Konqres aprelin 19-dək davam edəcək.

← Geriyə