Xəbərlər

  • Yaradılıb 13.04.2018 16:32
  • Yenilənib 13.04.2018 16:36
  • Nəşr edilib 13.04.2018 16:30

İqtisadiyyat Nazirliyi qanvermə aksiyası keçirib

 

Aprelin 13-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Mərkəzində talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib.
Azərbaycan Talassemiya Federasiyasının xeyirxahlıq missiyasına uyğun olaraq, İqtisadiyyat Nazirliyi "Donor günü" aksiyası keçirib və Nazirliyin əməkdaşları qan veriblər.
Qeyd edək ki, artıq ölkəmizdə ənənəyə çevrilmiş qanvermə aksiyasında İqtisadiyyat Nazirliyinin əməkdaşları hər il iştirak edirlər.

 

← Geriyə