Xəbərlər

  • Yaradılıb 16.05.2018 21:32
  • Yenilənib 16.05.2018 21:32
  • Nəşr edilib 16.05.2018 20:00

Həştərxana təşkil olunacaq ixrac missiyasında iştirak üçün sahibkarlardan sənəd qəbulu elan olunur

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Həştərxan şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 30 may-1 iyun 2018-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:
Qida, sənaye, tikinti istehsalı.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiqedilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 21 may 2018-ci il      tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:
İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;
Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:
Ərizə;
Sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
Sənədlər aşağıdakı ünvan üzrə 18 may 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.
Fuad Cəfərov
AZPROMO - İxracınTəşviqi Departamentinin  direktoru
Tel: +99412 5980147/48 (daxili 141)
E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az

← Geriyə